AZ

Səhiyyə Nazirliyi tərəfindən elektron poçt ünvanı ilə bağlı baş verən insident araşdırılıb - AÇIQLAMA

7f31ee36f5cca648ee6a914cfb75dac0.png
03.09.2019 09:54

Bu günlərdə bəzi informasiya portallarında Səhiyyə Nazirliyinin adından jurnalistlərə press-reliz göndərilməsi ilə bağlı xəbər paylaşılıb.

 

TED.az xəbər verir ki, Səhiyyə Nazirliyi bununla bağlı açıqlama yayıb. Baş verən insident Nazirlik tərəfindən araşdırılıb: "Qeyd etmək istərdik ki, istənilən saxta domen adından mail göndərmək mümkündür. Lakin qeydiyyatda olan rəsmi mail ünvanlarında əgər DKİM DMARC düzgün sazlanmışsa və qarşı tərəfin mail serveri bu təhlükəsizlik tələbini yoxlayırsa, o zaman belə saxta maillərdən yayınmaq olar. Qeyd etmək istərdik ki, baş vermiş insident tərəfimizdən araşdırılmış və adıçəkilən nazirliyə məxsus sehiye.gov.az adlı domen mövcud deyildir. Nazirliyin rəsmi mail ünvanı office@health.gov.az-dır".

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox