ÜST Marburq virusuna qarşı peyvəndlərin sınaq protokollarının hazır olduğunu açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus ÜST-nin qərargahında keçirilən həftəlik mətbuat konfransında Marburq virusuna qarşı 4 peyvəndin sınaq protokollarının hazır olduğunu deyib.
TED.az ÜST-ə istinadla bildirir ki, T.A.Qebreyesus ÜST-nin Marburq virusuna qarşı dörd peyvənd üçün dəlilləri tədqiq etdiyini deyib: "Peyvəndlər üçün sınaq protokolları hazırdır və tərəfdaşlarımız sınaqlara dəstək verəcək. Ekvatorial Qvineya və Tanzaniya hökumətləri Marburq virusunun yayılması və ölüm hallarının qarşısını almaq üçün bu sınaqlara mümkün qədər tez başlanılmasını gözləyir. Ekvatorial Qvineyada 9 Marburq virusuna yoluxma halı qeyd edilib və virus səbəbindən 7 nəfər dünyasını dəyişib. Marburq Ekvatorial Qvineyanın üç fərqli əyalətində görülüb. Həmin əyalətlər bir-birindən 150 kilometr məsafə uzaqlığında yerləşir. Bu da virusun ölkədə geniş yayıldığını göstərir”, - deyə vurğulayıb.
T.A.Qebreyesus hökumətlərin virusun yoluxma statistikası ilə bağlı rəsmi məlumatlarını ÜST-ə bildirməli olduğunu qeyd edib: “Tanzaniyada 8 Marburq virusuna yoluxma müşahidə edilib. Onlardan 5-i vəfat edib, 3-ü isə müalicə alır. Ölkədə indiyə qədər qeydə alınan yoluxma halları bir bölgədədir. Tanzaniyada ilk Marburq virusu hadisəsi martın 21-də, Ekvatorial Qvineyada isə ilk dəfə fevralın 14-də təsdiqlənib. İnsan sağlamlığını yalnız heyvanların və planetin sağlamlığını qoruyaraq əldə etmək mümkündür”.
Qeyd edilib ki, Marburq virusu ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərindəki laboratoriyada aşkar edilib. Marburq virusu insanlar arasında yoluxmuş şəxslərin təması zamanı yayılır. İnfeksiyaya yoluxmuş xəstələrdə yüksək hərarət, şiddətli başağrısı, halsızlıq, qusma kimi əlamətlər müşahidə edilir. Peyvəndi və xüsusi müalicəsi olmayan Marburq virusunun ölüm nisbəti 90 faizə çata bilər.
2005-ci ildə Anqolada Marburq virusuna yoluxan 252 nəfərin 90 faizi ölüb.
Dünya bölməsindən digər xəbərlər
Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Meta ağıllı saatlarla gəlir


Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda


AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

“Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsinə start verildi


"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Həftənin ən çox oxunanları
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda


Instagram məkan paylaşımını necə söndürmək olar?


Daha kiçik bir Tesla Cybertruck gəlir


Meta ağıllı saatlarla gəlir


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi

