ANAMA ilə DGK arasında Anlaşma Memorandumu imzalanıb

Martın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Dövlət Gömrük Komitəsi (DGK) arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb.
DGK-dən TED.az-a bildirilib ki, imzalanma mərasimindən əvvəl Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb. Görüşdə komitə sədrinin müavinləri, hər iki qurumun aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarının aparılmasına dəstək verilməsi, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi tərəfindən agentliyin xidməti itlərə olan ehtiyacların təmin edilməsinə kömək göstərilməsi, ANAMA tərəfindən mərkəzin əməkdaşlarına mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Sonra ANAMA ilə Dövlət Gömrük Komitəsi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarının aparılmasına dəstək verilməsi, mövcud resurs və imkanlardan səmərəli istifadə edilməsi, müsbət təcrübələrin mübadiləsi və zəruri ixtisas təlimlərinin təşkili, eyni zamanda, kinoloji sahədə qarşılıqlı əməkdaşlığın inkişafına nail olmaqdır.
TED + bölməsindən digər xəbərlər
Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Meta ağıllı saatlarla gəlir


Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda


AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

“Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsinə start verildi


"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Həftənin ən çox oxunanları
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda


Instagram məkan paylaşımını necə söndürmək olar?


Daha kiçik bir Tesla Cybertruck gəlir


Meta ağıllı saatlarla gəlir


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi

