“Elm” nəşriyyatının direktoru Avropa Elmi Redaktorlar Assosiasiyasında bölmə sədri təyin olunub

Avropa Elmi Redaktorlar Assosiasiyasında (EASE – The European Association of Science Editors) Azərbaycan bölməsi yaradılıb.
Bu barədə TED.az-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib. Bildirilib ki, AMEA “Elm” Nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov yeni yaradılan bölmənin sədri təyin olunub.
Mərkəzi ofisi Böyük Britaniyada yerləşən EASE akademik nəşriyyat sahəsində fəaliyyət göstərən, peşəkar təcrübəyə malik redaktorların beynəlxalq birliyidir. EASE-nin missiyası elmi redaktorluğun dəyərini təbliğ etmək, peşəkar inkişafı, tədqiqatı və əməkdaşlığı dəstəkləməklə elmi redaktənin qlobal standartlarını, keyfiyyətini yaxşılaşdırmaqdır. Hazırda qurumun Almaniya, Fransa, İtaliya, Belçika, Danimarka, İspaniya da daxil olmaqla ümumilikdə 50 ölkədən 750-dən çox üzvü var.
Assosiasiyada ölkəmiz üzrə bölmənin yaradılmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən elmi redaktorların beynəlxalq əməkdaşlığını genişləndirmək, mütəxəssislərin təkmilləşdirilməsinə kömək edəcək nəşrlər hazırlamaq, redaksiya işçiləri, müəlliflər üçün maarifləndirici tədbirlər təşkil etmək, onlara tədqiqat və nəşr etikasına dair tövsiyələr, eləcə də yerli və xarici indeksləşdirmə bazalarında elmi jurnalların qeydiyyatı üzrə məsləhətlər verməklə elmi jurnalların standartını və keyfiyyətini yüksəltməkdir. Bölmənin fəaliyyətinə elmi məqalələrin yazılması, nəzərdən keçirilməsi və jurnalların redaktəsi üzrə təlimlərin təşkili, elmi jurnalların keyfiyyətinin yaxşılaşdırılması üçün təlimatların hazırlanması, ölkəmizdə nəşr olunan elmi jurnalların redaktorları ilə tematik görüşlərin keçirilməsi də daxildir.
TED + bölməsindən digər xəbərlər
Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Meta ağıllı saatlarla gəlir


Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda


AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

“Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsinə start verildi


"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Həftənin ən çox oxunanları
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda


Instagram məkan paylaşımını necə söndürmək olar?


Daha kiçik bir Tesla Cybertruck gəlir


Meta ağıllı saatlarla gəlir


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi

