AZ

Fevralda ölkədaxili nağdsız əməliyyatların həcmində artım olub

923fadbb514677830abcc78e7be76908.jpg
31.03.2023 19:40

Fevralda ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artıb.

 

TED.az Mərkəzi Banka istinadla xəbər verir ki, 2023-cü ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2877 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2252 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 621 milyon manatı POS-terminallar, 2,9 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. Fevral ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 50,9 faizini təşkil edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox