“Yüksəliş” müsabiqəsi Dövlət İdarəçilik Akademiyasında təhsil alan dövlət qulluqçularına təlimlərə başlayıb

“Yüksəliş” müsabiqəsi Dövlət İdarəçilik Akademiyasında təhsil alan dövlət qulluqçularına təlimlərə start verib.
TED.az xəbər verir ki, təlimlər müsabiqənin qalibləri, tərəfdaşı olan qurumların əməkdaşları və İşçi qrupunun üzvü tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilir. Təlimlərin keçirilməsində başlıca məqsəd təlimçilərin ixtisaslaşdığı sahələr üzrə öz peşəkar təcrübələrini paylaşması, iştirakçıların karyera inkişafı istiqamətində suallarına aydınlıq gətirməkdir. Təlimlər birinci “Yüksəliş” müsabiqəsinin qaliblərindən Fəxri Hüseynov, Ramtiq Alızadə, Orxan Quliyev, Fərrux Əliyev, Xamis Seyranov və ikinci müsabiqənin qaliblərindən Nərgiz İsmayılova və Xanbaba Sultanlı tərəfindən keçirilir. Təlimlər aprelin 15-dək davam edəcək. Təlimlər iş prosesinin təşkili, liderlik və idarəetmə olmaqla 3 mövzu bloku üzrə təşkil olunub. Ümumilikdə hər biri 2 saat olmaqla 14 təlimin keçirilməsi nəzərdə tutulur. Təlimlər “Şəxsi məlumatların qorunması və IT təhlükəsizliyi”, “Təqdimat bacarıqları”, “Danışıqların aparılması”, “Emosional zəka”, “Rəy vermək və qəbul etmək sənəti”, “İnnovasiyaların tətbiqi və onların idarə edilməsi”, “Beynəlxalq və regional proseslərin təhlili” kimi bir sıra mövzuları əhatə edir.
İlk təlim birinci “Yüksəliş” müsabiqəsinin qalibi Fəxri Hüseynov tərəfindən “Şəxsi məlumatların qorunması və informasiya texnologiyaları təhlükəsizliyi" mövzusunda baş tutub.
Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyatı martın 31-i saat 18:00-dək davam edəcək.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarını əhatə edir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
2023-cü ildə isə növbəti - üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il dekabrın 20-də Sərəncam imzalanıb.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Meta ağıllı saatlarla gəlir


Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda


AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

“Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsinə start verildi


"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Həftənin ən çox oxunanları
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda


Instagram məkan paylaşımını necə söndürmək olar?


Daha kiçik bir Tesla Cybertruck gəlir


Meta ağıllı saatlarla gəlir


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi

