AZ

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

3ef9b7757dd75988a5ef4fc84a88a3fc.jpg
22.05.2023 13:35

Yanvar-aprel aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 66,9 milyon manatlıq məhsul istehsal olunub.

 

TED.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 1,5 faiz artıb.

 

Hesabat dövründə əvvəlki ilin müvafiq ayları ilə müqayisədə ölçmə cihazlarının istehsalı 2 dəfə, stolüstü kompüterlərin istehsalı isə 4,4 dəfə çoxalıb.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox