Bakı Beynəlxalq Avtovağzalı tərəfindən neçə onlayn bilet satılıb? – AÇIQLAMA

“Onlayn qaydada bilet satışında son 2 il ərzində artım müşahidə olunur. Ötən ilin statistikasına əsasən, ümumilikdə 33 314 sərnişin onlayn qaydada bilet əldə edib. 2019-cu ilin 8 ayı ərzində isə ümumilikdə 24 060 sərnişin avtovağzala gəlmədən internet vasitəsilə bilet alıb”, – bunu TED.az-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova deyib.
Pərvin Məmmədova bildirib ki, avtovağzalın saytının yenilənməsindən və mobil tətbiqin istifadəyə verilməsindən sonra onlayn qaydada bilet alanların sayında artım müşahidə olunur: “Son 3 ay (iyun, iyul, avqust) ərzində 13 mindən çox sərnişin onlayn qaydada bilet alışı üçün müraciət edib. Onlayn bilet alan şəxs səfərinə 30 dəqiqə qalmış avtovağzala yaxınlaşaraq onlayn bilet üçün nəzərdə tutulan kassaya yaxınlaşaraq bileti rəsmiləşdirməlidir”.
P.Məmmədova qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində 2013-cü ilin noyabr ayından başlayaraq onlayn bilet satışına start verilib: “Onlayn qaydada bilet almaq istəyən sərnişinlər səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ qədər “avtovagzal.az” saytı və mobil tətbiq vasitəsilə əldə edə bilərlər. Onlayn qaydada bilet alan zaman qeydiyyatdan keçən şəxs özündən başqa digər sərnişinə bilet alarsa mütləq həmin sərnişinin şəxsiyyət vəsiqəsindəki məlumatları düzgün şəkildə qeyd etməlidir. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkündür”.
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
ROG Xbox Ally bu tarixdə gəlir


Toyota satış rekordları qırdı! Bəs necə?


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


Samsungun gəlirləri azaldı! Niyə?


Daha ucuz Galaxy S25 gözləniləndən tez gələ bilər


iOS 26 beta versiyası rekordlar qırdı


Meta səhm dəyəri ilə təəccübləndirir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


PlayStation 6 və PSP 2 ortaya çıxdı


“Apple” süni intellektə investisiyaları artıracaq


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Meta ağıllı saatlarla gəlir


Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda


AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

“Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsinə start verildi


Həftənin ən çox oxunanları
Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


Meta ağıllı saatlarla gəlir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


ROG Xbox Ally bu tarixdə gəlir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


Samsungun gəlirləri azaldı! Niyə?


iOS 26 beta versiyası rekordlar qırdı

