AZ

Buxarestdə kibertəhlükəsizlik şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

 

b624b1bd1235fe323fb3c237c7620ae4.png
23.11.2023 11:40

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri və əməkdaşları, eləcə də AKTA İdarə heyətinin üzvü olan “Cyberpoint” şirkətinin rəhbəri və əməkdaşından ibarət nümayəndə heyəti Rumıniyaya işgüzar səfər çərçivəsində “Bitdefender” kibertəhlükəsizlik şirkətinin Buxarest şəhərində yerləşən baş ofisində olublar.

 

AKTA-dan TED.az-a verilən məlumata əsasən, səfər çərçivəsində şirkətin idarə heyəti ilə görüş keçirilib və nümayəndə heyətinə şirkətin fəaliyyəti və imkanları barədə ətraflı məlumat verilib. Öz növbəsində, AKTA İdarə heyətinin sədri Elvin Balacanov “Bitdefender” şirkətinin nümayəndələrini AKTA və AKTA üzvü olan şirkətlər haqqında məlumatlandırıb. Görüş zamanı AKTA və “Bitdefender” arasında mümkün əməkdaşlıq imkanları da müzakirə olunub.

 

Qeyd edək ki, qlobal arenada fəaliyyət göstərən “Bitdefender” şirkəti sahibkarlıq subyektləri, eləcə də qurum və və təşkilatlar üçün qabaqcıl kibertəhlükəsizlik həlləri təqdim edir.

TED + bölməsindən digər xəbərlər

Daha çox