AZ

Sumqayıt və Bakı arasında ekspres avtobuslar fəaliyyətə başlayır - YENİLƏNİB

 

291beeb5f197a8aa8a5b8c8da19a4ae9.jpeg
19.01.2024 16:20

Sumqayıtdan Bakı şəhəri istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirəcək yeni ekspres marşrut xətti təşkil edilir.

 

AYNA-dan TED.az-a bildirilib ki, yanvarın 21-dən fəaliyyətə başlayacaq ekspres avtobuslar Sumqayıt Avtovağzalı, “Bağçalı evlər” yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, metronun “Avtovağzal” stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edəcək.

 

Sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün səfərlər “Neoplan” markalı 48 yerlik komfortlu avtobuslarla həyata keçiriləcək. Xətdə 14 avtobus 11 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.

 

Ekspres avtobuslarda gedişhaqqı 0.80 azn təşkil edir. Ödənişlər nağdsız qaydada olacaq.

 

Qeyd edək ki, “BakıKart”ın balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər, həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.

 

“BakuBus” MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayacaq.

 

TED.az xəbər verir ki, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox