AZ

Bakı məktəblilərinin I MUN konfransı ” layihəsinin 1-ci konfrans mərasimi keçirilib

a2ab422d93b2787ebf81385e2aaa2381.jpg
12.02.2024 15:40

TED.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “ Bakı məktəblilərinin I MUN konfransı ” layihəsinin 1-ci konfrans mərasimi keçirilib.

 

Konfrans 150 nəfər şagirdin iştiraki ilə Azərbaycan dilində aparılıb.

 

Konfrans 3 gün davam edəcək və sonda konfransın formatına uyğun olaraq yekun qətnamə hazırlanacaqdır.

 

Qeyd edək ki, layihənin məqsədi Bakı məktəbliləri arasında I MUN konfransı təşkil etməklə onların tədqiqat, yazı, müzakirə, ictimai çıxış və fikirlərini ifadə etmək kimi mühüm akademik bacarıqlarının inkişaf etməsi üçün imkan yaratmaqdır.

Elm bölməsindən digər xəbərlər

Daha çox