Azərbaycanda "Avtomobil paylaşımı" xidməti fəaliyyət göstərə bilər?
Bir neçə müddətdir ki, Azərbaycanda “car sharing – avtomobil paylaşımı” xidmətinin ölkəmizdə yaradılacağı barədə məlumatlar yayılır.
Artıq bir çox dünya ölkələrində məşhurlaşan “car sharing – avtomobil paylaşımı” insanlar arasında getdikcə daha da funksionallaşır. Belə ki, “car sharing” xüsusi olaraq avtomobildən qısa zamanda istifadəni nəzərdə tutan insanlar üçün nəzərdə tutulub və ödəniş avtomobilin istifadəsinə uyğun olaraq müəyyənləşdirilir.
Müxtəlif parklanma ünvanlarında paylaşdırılan bu avtomobillərin nəinki iş saatlarında, günün bütün saatlarında əldə etmək mümkündür.
Şəhərlərdə böyük tıxacların qarşısını almağı və daha təmiz ətraf aləmi hədəfləyən bu konsepsiyanın tezliklə bütün dünyada vüsət alacağı gözlənilir.
Bəs, “car sharing”-in əhəmiyyəti nədən ibarətdir və onun digər avtomobil kirayəçilərindən fərqi nədədir?
Məsələ ilə bağlı TED.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər bildirib ki, bu xidmətin ölkəmizdə yaradılacağı barədə nə rəsmi qurumlar, nə də ki, şirkətlər tərəfindən heç bir açıqlama yoxdur.
"Lakin "car sharing" dünyanın bir çox ölkəsində geniş yayılmış xidmətdir və şəhər nəqliyyatına alternativ bir sistemdir. Bu xidmətin müsbət və mənfi tərəfləri vardır. Əsas müsbət tərəfi vətəndaşa alternativ hərəkət etmək imkanı yaradır. Avtomobili icarəyə götürən şəxs mobil tətbiqdən istifadə edir. Hətta sərxoşluğu olan şəxs belə avtomobili idarə edə bilər. Bu isə əsas sistemin mənfi tərəfidir", - o deyib.
Ekspert qeyd edib ki, çox güman bu tətbiqi ölkəmizdə yerli deyil, xarici şirkət tətbiq edəcək.
"Adətən belə yenilikləri ölkəmizdə xarici şirkətlər həyata keçirir. "Car sharing" xidməti etibarnamə tələb olunmayan ölkələrdə həyata keçirilir. Ölkəmizdə isə başqasının avtomobilini idarə etmək üçün etibarnaməyə ehtiyac olur. Burdan belə nəticə çıxır ki, xidmət ölkəmizdə tətbiq olunacaqsa, etibarnamə ləğv ediləcək. Əgər ləğv edilməyəcəksə, "Car sharing" xidməti ölkəmizdə tətbiq olunmayacaq. Bu xidmət əsasən biznes üçün əlverişlidir. “Car sharing" xidmətini ölkəmizdə tətbiq etmək üçün yəqin ki, qanuna dəyişiklik etməyə ehtiyac olacaq", - deyə o, əlavə edib.
Texnologiya bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









