AZ

ADPU-nun Şəki filialında “Technest” təqaüd proqramı ilə bağlı görüş keçirilib

 

0b0e21a9a80359b993a25789100a38e4.jpg
05.04.2024 14:00

Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Rəqəmsal İnkişaf Agentliyi tərəfindən icra olunan “Technest” təqaüd proqramı haqqında maarifləndirici tədbir keçirilib.

 

ADPU-dan TED.az-a bildirilib ki, Şəki filialının Karyera Mərkəzi və “Div Academy” MMC-nin təşkilatçılığı ilə keçirilən tədbirdə tədris mərkəzinin təsisçisi Eldar Əhmədzadə, direktoru Aygün Mirzəliyeva, karyera məsləhətçisi Murad Ağazadə, tələbə koordinatoru Nəzrin Hüseynova, marketinq mütəxəssisi Orxan Abbasov tələbələrə “Technest” təqaüd proqramı haqqında geniş məlumat veriblər. Qeyd edilib ki, “Technest” informasiya və kommunikasiya texnologiyaları sahəsində milli təqaüd proqramıdır. Bu proqramın həyata keçirilməsində əsas məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək, əmək bazarındakı kadr ehtiyaclarını ödəməkdir.

 

Qeyd edilib ki, layihə çərçivəsində təqaüd proqramına seçilən gənclərə İKT-nin müxtəlif sahələri üzrə müəyyən tədris proqramlarından ödənişsiz faydalanmaq imkanı yaradılacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox