AZ

Yeganə “McLaren Senna GTR” hərraca çıxarılıb - FOTO

 

5c085e04236c2ec05814dab6f06a3288.jpg
15.04.2024 20:20

Böyük Britaniyanın “Lanzante” tüninq atelyesi tərəfindən 1995-ci ildə “Le Manda 24 saat” yarışında “McLaren”in qələbəsinin 25-ci ildönümü şərəfinə seriya çərçivəsində yaradılmış “McLaren Senna GTR LM 25” unikal idman avtomobili mayın 10-11-də Monakoda keçiriləcək “RM Sotheby's”in hərracına çıxarılıb.

 

Lotun gözlənilən qiyməti 1,4-1,6 milyon avro təşkil edir.

 

“LM 25 Edition” seriyası “600LT”, “765LT” və “Senna” kupesi də daxil olmaqla yeddi avtomobildən ibarət olub. Hərraca çıxarılan “McLaren Senna GTR” trek avtomobilidir, lakin “Lanzante” onu dəyişdirərək Böyük Britaniya yolları üçün qeydiyyatdan keçirib.

 

Avtomobilin kapotunun altında iki turbinli 825 at gücünə malik standart “Senna GTR” 4 litrlik V8 mühərriki var. Karbon hissələrindən istifadə edilən yenilənmiş kuzov dəsti sayəsində “Senna GTR LM 25”in çəkisi orijinal avtomobilin çəkisindən 40 kiloqram yüngüldür.

 

Mənbə: championat.com

Dünya bölməsindən digər xəbərlər

Daha çox