AZ

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO

80461b540425d3f33c1b34afe7c776e0.jpg
29.04.2024 14:00

Bu il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, hərbi qulluqçular müxtəlif mərhələlərdə “Rahat olmayan vəziyyətdən atış”, “Snayper müdafiədə”, “Snayper hücumda”, "Snayper estafeti” və digər mövzular üzrə tapşırıqları yerinə yetiriblər.

 

Yarışın keçirilməsinin əsas məqsədi hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox