AZ

"Nintendo" xalis mənfəətini 3,2 milyard dollara çatdırıb

2430a4ab3dbbf1dbd924204621fac1a7.jpg
15.05.2024 22:57

Kyotoda yerləşən istehlak elektronikası şirkəti 2023-cü maliyyə ili üçün 2023-cü ilin aprel 2024-cü ilin mart aylarını əhatə edən hərtərəfli balans hesabatını və 2024-cü maliyyə ili gözləntilərini açıqlayıb.

 

TED.az xəbər verir ki, Yapon oyun konsolu istehsalçısı "Nintendo" 2023-cü maliyyə ili üçün xalis mənfəətini 13,4 faiz artıraraq 490,6 milyard yenə, təxminən 3,2 milyard dollara çatdırıb. Bu rəqəm firmanın ən yüksək xalis mənfəəti, məhsul satışda isə gəlirləri 4,4 faiz artaraq 1,67 trilyon yen, təxminən 10,8 milyard dollar çatıb.

 

“Super Mario” mövzulu film və oyunların satışlarının artması artıma müsbət təsir edib.  Açıqlamada ilk dəfə 2017-ci ildə buraxılan məşhur "Switch" model oyun konsolunun satış məlumatları da yer alıb. "Switch" konsolu 2020-ci maliyyə ilində 28,8 milyon, 2021-ci maliyyə ilində 23 milyon, 2022-ci maliyyə ilində 17,9 milyon, 2023-cü maliyyə ilində isə 15,7 milyon ədəd satılıb. Nintendo prezidenti Furukava Şuntaro verdiyi açıqlamada yeni model oyun konsolunun 2025-ci ilin martında bitəcək cari maliyyə ilinin sonuna doğru çıxacağını bildirib.  Yaponiya şirkəti 2025-ci ilin martında başa çatacaq 2024-cü maliyyə ilində xalis mənfəətinin 38,9 faiz azalaraq 300 milyard yen, təxminən 1,94 milyard dollar olacağını gözləyir. 

 

Maliyyə ili ərzində həm oyun konsollarının, həm də oyun proqramlarının satışında azalma gözlənilir. Şirkət həmçinin 2024-cü ilin payızında mərkəzi Kyoto şəhərində oyun həvəskarları üçün “Nintendo Muzeyi” açmağı planlaşdırır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox