Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Gənc müəllimlər və Yaşıl düşüncə” mövzusunda forum keçirilib
450 müəllimin iştirak etdiyi forumda əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub.
TED.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən AGMA-nın sədri Pərvinə Qədimova forumun məqsəd və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.
Daha sonra tədbirin rəsmi hissəsinə start verilib. Belə ki, Milli Məclisin Deputatları Ceyhun Məmmədov və Naqif Həmzəyev çıxış edərək gənc müəllimlərimizin bu cür vacib mövzuda maarifləndirilmələsinin olduqca məqsədəuyğun və vacib olduğunu vurğulayıb.
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İnsan Hüquqları təsisatları ilə əməkdaşlıq idarəsinin rəis müavini, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi komandasının həmrəhbəri Jalə İbrahimova "Azərbaycanın COP29 Sədrliyinin gündəliyi və qlobal iqlim təşəbbüsləri" və Bakı Mühəndislik Universitetinin Kimya və Biologiya kafedrasının Baş müəllimi Elşad Yunusov "Tədrisdə "Yaşıl düşüncə" - nin formalaşdırılmasına dair addımlar" adlı mövzularla çıxış edərək müəllimləri maraqlandıran sualları cavablandırıblar və bununla da konfrans işini yekunlaşdırıb.
Qeyd edək ki, gənc müəllimlərin forumunun keçirilməsində məqsəd qarşıdan gələn COP29-la bağlı müəllimlərin məlumatlığını artırmaq, həmçinin qarşılıqlı fikir və təcrübə mübadiləsi aparmaqdan ibarətdir.
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












