Məktəblilər arasında Beynəlxalq Kosmik Olimpiada başlanıb

Azərbaycanda ilk dəfə 30 ümumi təhsil müəssisəsinin 7-9-cu siniflərindən seçilmiş 600 məktəblini bir araya gətirən Beynəlxalq Kosmik Olimpiadanın milli mərhələsinə start verilib.
TED.az “Azərkosmos”a istinadla xəbər verir ki, olimpiadaya cəlb olunmuş şagirdlər, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, beynəlxalq tərəfdaşlar, məktəb direktorları, olimpiadanın fasilitator müəllimləri, layihə koordinatorları ilə görüş keçirilib. Görüşdə olimpiadanın hədəfi, məqsədləri, iştirak qaydaları, mərhələləri, mövzular, mərhələlər üzrə tapşırıqların icrası və təsdiq edilməsi qaydaları barədə bütün zəruri məlumatlar təqdim edilib.
Bildirilib ki, milli mərhələ 2024-2025-ci tədris ilini əhatə edəcək. İnteraktiv metoda əsaslanan olimpiada mərhələlərini keçən məktəblilər 7 ay müddətində “Kosmik stansiyalar-innovasiyalar və biznes həlləri” mövzusu istiqamətində problemlərin orijinal həllərini tapmaqla təcrübə qazanacaqlar. İnteraktiv metod imkan verəcək ki, məktəblilər bilikləri hazır şəkildə deyil, bu bilikləri daha çox özləri birlikdə axtarıb taparaq ortaya həll qoysunlar.
Xatırladaq ki, kosmik olimpiada “Azərkosmos”un “KOSMİK Akademiya”sının təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “STEAM Azərbaycan”ın dəstəyi ilə keçirilir.
Elm bölməsindən digər xəbərlər
ROG Xbox Ally bu tarixdə gəlir


Toyota satış rekordları qırdı! Bəs necə?


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


Samsungun gəlirləri azaldı! Niyə?


Daha ucuz Galaxy S25 gözləniləndən tez gələ bilər


iOS 26 beta versiyası rekordlar qırdı


Meta səhm dəyəri ilə təəccübləndirir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


PlayStation 6 və PSP 2 ortaya çıxdı


“Apple” süni intellektə investisiyaları artıracaq


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Meta ağıllı saatlarla gəlir


Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda


AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

“Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsinə start verildi


Həftənin ən çox oxunanları
Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


Meta ağıllı saatlarla gəlir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


ROG Xbox Ally bu tarixdə gəlir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


Samsungun gəlirləri azaldı! Niyə?


iOS 26 beta versiyası rekordlar qırdı

