Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti beynəlxalq konfransda təmsil olunub

Oman Sultanlığının Maskat şəhərində təşkil olunmuş “Kibertəhlükəsizlik həftəsi – 2024” çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) 16-cı illik konfransı keçirilib. Konfransda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti iştirak edib.
TED.az XRİTDX-nin yaydığı məlumata istinadla xəbər verir ki, “Kibertəhlükəsizlik – rəqəmsal iqtisadiyyatın hərəkətverici amili kimi” mövzusuna həsr olunmuş tədbir OIC-CERT üzvləri ilə yanaşı, bu sahədə fəaliyyət göstərən digər təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi və qlobal kibertəhlükəsizliyin inkişafı məqsədilə təşkil olunub.
XRİTDX-nin nümayəndəsi Murad Balayev konfransda “Kibertəhlükəsizlik sahəsində meydana çıxan yeni texnologiyalar” mövzusuna həsr olunmuş panel sessiyasında çıxış edib. O, Azərbaycanda kibertəhlükəsizlik və kritik infrastrukturun mühafizəsi istiqamətində görülən işlər, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyətindən, həmçinin süni intellekt əsaslı həllərin kibertəhlükəsizliklə yanaşı, kiberhücum aləti olaraq da tətbiq edilməsinə dair real nümunələr və təcrübələrdən bəhs edib.
Tədbirdə 60 ölkədən 600-dən artıq nümayəndə iştirak edib.
TED + bölməsindən digər xəbərlər
ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


Həftənin ən çox oxunanları
"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!

