AZ

ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib

 

653861d064343bc47144b1f304b54f3a.jpg
01.05.2025 20:20

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən apreldə icra edilən minatəmizləmə əməliyyatlarına dair aylıq məlumatı açıqlayıb.

 

ANAMA-dan TED.az-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Ötən ay ərzində 6365.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox