Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda oktyabrın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən TED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, səhər mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 9-13°, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90, gündüz 70-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 17-22° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı ehtimalı var.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, dağlıq ərazilərdə 2° şaxta, gündüz 16-21° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6° isti, bəzi yerlərdə 1°-dək şaxta, gündüz 11-16° isti olacağı ehtimal edilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7° isti, dağlıq ərazilərdə 4°-dək şaxta, gündüz 11-16° isti olacağı proqnozlaşdırılır.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 16-21° isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı bildirilir.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 17-22° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 15-20° isti, dağlarda gecə 3-6°, gündüz 10-15° isti olacağı gözlənilir.