"Müasir müəllim modeli: Rəqəmsal dünyanın gənc müəllimləri" layihəsi keçirilib
TED.az xəbər verir ki, Gənclər Paytaxtı Lənkəran şəhərində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Müasir müəllim modeli: Rəqəmsal dünyanın gənc müəllimləri” layihəsi keçirilib.
4 gün müddətində həyata keçirilən layihənin ilk günü Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) İcraçı direktoru Aygün Kərimova və layihələr üzrə meneceri Ramilə El-oğlu müəllimlərə proqram haqqında məlumat verib. Daha sonra təlimçi Cavid Məhəmmədzadə “CV hazırlanması qaydaları, nələrə diqqət etməliyik?” mövzusunda təlim və qrup işləri keçirib.
Layihənin 2-ci günü təlimçi-ekspert Samir Salayev “Düzgün danışıq qaydaları, natiqlik bacarıqlarının inkişaf etdirilməsi və nitq mədəniyyəti” mövzusunda öz təcrübələrini gənc müəllimlərimizlə bölüşüb. Daha sonra təlimçi Jalə Həsənova tərəfindən “Müəllimlərin İKT bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib. Günün ikinci yarısında isə AGMA-nın sədri Pərvinə Qədimovanın “Sosial mediada müəllim obrazı” təlimi ilə gün yekunlaşıb.
Qeyd edək ki, layihənin 3-cü günündə Nailə Mirzəzadə tərəfindən “PR, media və kommunikasiya” mövzusunda təlim, davamında isə qrup işiləri keçirib. Ardından Nilado Green Lənkərana infotur təşkil olunub. Günün ikinci yarısında Profity Academy-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aida Ramizin “Qara lövhədən ağ beyinlərə!” mövzusunda təlim və vörkşopu keçirilib.
Layihənin sonuncu gündə isə AGMA-nın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Fidan Quluzade tərəfindən “PR-ın müasir müəllim imicinin formalaşmasında üstünlükləri” mövzusunda baş tutan görüşdə gənc müəllimlərin çox saylı sualları cavablandırılıb və təklifləri dinlənilib. Sonda gənc müəllimlərimiz AGMA-nın əməkdaşları tərəfindən sertifikatla təltif ediblər.
TED + bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











