AZ

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlanır

 

e86a011ae72010ec2171d340d16f82a9.jpg
15.04.2024 21:40

Aprelin 17-dən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən TED.az-a bildirilib ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilk olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək.

 

İlkin vakansiya seçimi aprelin 19-u saat 11:00-dək davam edəcək.

 

Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

VAKANSİYA bölməsindən digər xəbərlər

Daha çox