AZ

DİN: Xankəndidə 27 avtomat və digər silah-sursat aşkarlanıb

 

b18a17f1aae39f969277f16fe83a01d5.jpg
16.04.2024 12:40

Aprelin 15-də polis əməkdaşları əməliyyat keçiriblər.

 

Bu barədə TED.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Əməliyyat tədbirləri nəticəsində 27 müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 pulemyot-tapança, 4 tapança, 3 tüfəng, 14 qumbara, 1 qumbaraatan, 5 alışdırıcı, 3 mina başlığı, 2 mərmi, 15 pulemyot lenti, 74 patron darağı, 3130 müxtəlif çaplı patron, 2 rabitə vasitəsi və digər sursatlar aşkarlanaraq götürülüb.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox