AZ

Bakcell böyük yeniliklərə hazırlaşır

98645c6118f6a564ca164db92c514887.jpg
16.04.2024 15:57

Son bir neçə həftə ərzində ölkənin media gündəmindən çıxmayan “Bakcell "yeni dövr başladırıq" şüarı ilə növbəti videonu paylaşıb.

 

Yeni reklamda Azərbaycanın bir çox tanınmış simaları “Bakcell” brendinin böyük dəyişiklər astanasında olduğunu bildirir və bir çox yeniliklər gətirəcəyini vəd edir.

 

Şirkət heç bir rəsmi açıqlama verməsə belə videolarda innovasiya, süni intellekt və yeni məhsullarla bağlı mesajları sezmək olur. Ən son reklamda isə tarix və məkan qeyd olunub; 25 aprel 18:00, Bakı Bulvarı.

 

Maraqlıdır, “Bakcell”in “#Qarşılayın” çağırışı Azərbaycana hansı texnoloji yenilikləri gətirəcək?

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox