AZ

Azərbaycan elektromobil idxalını artırıb

 

da8a5ff9ddad3aff000fe2750c175900.jpg
16.04.2024 16:20

Bu ilin yanvar-mart aylarında Azərbaycan 361 milyon dollar dəyərində 19 571 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

 

Dövlət Gömrük Komitəsindən TED.az-a bildirilib ki, idxal olunan avtomobillər arasında 830-u elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Qeyd edək ki, bu növ avtomobillərin idxalı 2 dəfə artıb.

 

Bundan başqa, sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 35 ədəd olub. Bu növ avtomobillər 23,9 faiz azalıb.

 

Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 8,6 faiz azalaraq 17 610 ədəd təşkil edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox