AZ

Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verildi

ca18e40dca83abc5e6c4d59a0bcd5a40.jpg
16.04.2024 16:40

Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan TED.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini olan bir nəfər babasından qalmış bir ədəd "İJ-26" markalı ov tüfəngini könüllü şəkildə polisə təhvil verib.

 

Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayon sakinləri 1 ədəd "AK-74" markalı avtomat silahını, 28 ədəd patronu və 3 ədəd ov tüfəngini könüllü şəkildə polisə təhvil veriblər.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox