AZ

İdxal bahalaşır, gətirilən avtomobillər azalır

 

a45c52dcda741fa5d4cf92d97ba1fa0d.jpg
16.04.2024 20:40

2024-cü ilin yanvar-mart aylarında Azərbaycana 361 milyon 23 min dollar dəyərində 19 571 ədəd nəqliyyat vasitələri idxal olunub.

 

TED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə nəqliyyat vasitələrinin idxalı dəyər ifadəsilə 15% artıb, miqdar ifadəsilə 6% azalıb.

 

2023-cü ilin eyni aylarında Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 799 ədəd nəqliyyat vasitələri idxal olunmuşdur.

 

Bu il Azərbaycana minik avtomobillərinin idxalı 17 610  ədəd ikən, əvvəlki ildə 19 264 ədəd təşkil edib.

 

Bu avtomobillərin 3 615-i (117 985 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 830-u (35 308 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

TED + bölməsindən digər xəbərlər

Daha çox