AZ

Azərbaycan genişzolaqlı internetin sürətinə görə 2 pillə geriləyib

 

6ad546a6d603caa5d40dac086c4dab47.jpg
16.04.2024 21:40

2024-cü ilin mart ayında Azərbaycan mobil internetin sürətinə görə 148 ölkə arasında 50.12 MB/S sürətlə 56-cı yerdə qərarlaşıb.

 

TED.az bu barədə “Speedtest Global Index”in məlumatına əsasən xəbər verir ki, Azərbaycan əvvəlki ayla müqayisədə mobil internetin sürətinə görə 3 pillə irəliləyib.

 

Məlumatda bildirilir ki, mobil internetin sürətinə görə birinci yeri Qətər (313.30 MB/S), sonuncu yeri isə Kuba (148-ci yer, 4.01 MB/S) tutub.

 

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə martda dünyada 117-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 2 pillə geriləmədir.

TED + bölməsindən digər xəbərlər

Daha çox