AZ

Azərbaycanda rəqəmsal siyasətlə bağlı 3 əsas istiqamət açıqlanıb

 

c2e90e6533519e77c3d6da92d5851d47.jpg
16.04.2024 23:40

Azərbaycanın rəqəmsal siyasətlə bağlı, innovasiyalarla bağlı növbəti illər üçün strategiyası açıqlanıb.

 

TED.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən “Azərbaycan Insurtech Zirvəsi”ndə deyib.

 

R. Nəbiyev bildirib ki, dövlətin strategiyası 3 əsas istiqamət üzərində qurulub: “Bunlara elektron hökumətin təkmilləşdirilməsi, datanın bizneslər üçün əlçatan olması daxildir.

 

Həmçinin rəqəmsal cəmiyyətin formalaşdırılması da əsas istiqamətlərdəndir ki, bu da dövlət-biznes, cəmiyyət-biznes arasındakı əlaqələrin daha uğurlu tənzimlənməsinə imkan verəcək”.

TED + bölməsindən digər xəbərlər

Daha çox