AZ

DİN: Qanunsuz odlu silahlar aşkarlanaraq götürülüb

 

51f8a5eaf888549b5ef5f521e15195ed.jpg
17.04.2024 11:20

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi sahəsində tədbirlər davamlı olaraq həyata keçirilir.

 

Daxili İşlər nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, aprelin 16-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 4 müxtəlif markalı tüfəng, 1 patron darağı və 28 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

 

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər də davam etdirilir.

 

Aprelin 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 pulemyot, 2 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 848 müxtəlif çaplı patron təhvil götürüblər.

 

Həmin gün polis əməkdaşları Xankəndi şəhərində 3 müxtəlif markalı avtomat silahı, 1 tüfəng, 1 qumbara, 1 alışdırıcı, 14 patron darağı, 1195 müxtəlif çaplı patron və digər sursatlar aşkarlayaraq götürüblər.

TED + bölməsindən digər xəbərlər

Daha çox