AZ

Son üç ayda pensiya ödənişlərinə 1 milyard 613 milyon manat yönəldilib

 

722a17afac9e0c18bec9c010442d3e83.jpg
17.04.2024 11:57

Bu ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (198 milyon manat) çox olmaqla 1 milyard 613 milyon manat vəsait yönəldilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, pensiya artımı istiqamətində növbəti addım kimi, 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

 

Son üç ayda 11,9 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 114 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox