AZ

Qubadlıda top mərmiləri aşkar edilib

 

41513e13be2b1a0e7f1cefdaee0c5719.jpg
22.04.2024 11:40

Qubadlı Rayon Polis Şöbəsinə rayonun Yazı düzü ərazisində qazıntı işləri aparılan zaman mərmilərin aşkar edilməsi ilə bağlı məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan TED.az-a verilən məlumata görə, həmin əraziyə baxış keçirilən zaman müxtəlif kalibrli 6 ədəd top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Araşdırma aparılır.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox