AZ

DSMF: Bu ilin dörd ayında 10 minə yaxın vətəndaş müraciəti cavablandırılıb - FOTO

 

d0d654201e95f17866a63a624e3a0dea.jpg
02.05.2024 16:40

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2024-cü ilin yanvar-aprel ayları ərzində 9 min 678 vətəndaş müraciəti cavablandırılıb.

 

Bu barədə TED.az-a Fondun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, müraciətlərin 3 min 259-u ünvanlı dövlət sosial yardımı, 2 min 402-si pensiya təyinatı, 2 min 724-ü sosial müavinət və təqaüd, 147-si sosial sığorta və fərdi uçot, 1146-sı isə digər istiqamətlər üzrə olub.

TED + bölməsindən digər xəbərlər

Daha çox