AZ

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

 

1f3720dd0aac0db2e2b558aa72b9c590.jpg
22.04.2024 15:57

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 21-də keçirilmiş buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

 

DİM-dən TED.az-a bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

TED + bölməsindən digər xəbərlər

Daha çox