AZ

"Apple" telefonlarının satışları azalıb

bdb66e268a3628132df0766a6dca2655.jpg
26.04.2024 23:40

Qlobal texnologiya bazarı araşdırma firması Counterpoint-in məlumatına görə, Çinin smartfon satışları 2024-cü ilin birinci rübündə illik 1,5 faiz artaraq, illik artımın ardıcıl ikinci rübünü qeyd edir.

 

TED.az xəbər verir ki, sözügedən dövrdə Apple-ın Çində smartfon satışları 19,1% azaldığı halda, Huawei-nin satışları 69,7% artıb.

 

Ötən ilin ilk rübündə 19,7 faiz olan Apple-ın ölkədəki bazar payı bu ilin eyni dövründə 15,7 faizə düşüb.

 

Bu dövrdə Huawei-nin bazar payı isə 9,3 faizdən 15,5 faizə yüksəlib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox