AZ

“Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” 

c45ab38dfc859eae119e3fa0639a6e7f.jpg
29.04.2024 11:20

Əziz müəllimlər,

 
TED.az xəbər verir ki, 4 may 2024-cü il, saat 10:00-da Şamaxı şəhər E.Hüseynov adına 2 saylı tam orta məktəbdə Yaşıl Dünya naminə həmrəylik ili çərçivəsində "Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” tədbiri keçiriləcək.
 
Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyinin tərəfdaşlığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək konfransın məqsədi gənc müəllimləri bir araya toplayaraq onları ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, müəllimlər vasitəsilə şagirdləri bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək, həmçinin təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı kimi mövzuları müzakirə etməkdən ibarətdir.
 
İştirak etmək istəyən gənc müəllimlər birbaşa konfrans keçirilən məkana gələ bilər və ya müvafiq rayon təhsil sektoruna müraciət edə bilərlər.
 
Son qeydiyyat tarixi: 1 may 2024-cü il.
 
Məkan: Şamaxı şəhər E.Hüseynov adına 2 saylı tam  orta məktəb
 

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox