AZ

Snapdragon 8 Gen 4 prosessorunun mühəndislik nümunəsi AnTuTu testlərindən keçib

 

43165627782c8213b573278cd78d5809.jpg
01.05.2024 23:57

Çinin video platformalarından birində Snapdragon 8 Gen 4 flaqman prosessorunun mühəndislik nümunəsinin test videosu ortaya çıxıb. Ortaya çıxmış videoda Snapdragon 8 Gen 4 prosessorunun AnTuTu bençmarkındakı test nəticələri əks olunub. Məlum olub ki, Qualcomm-un növbəti flaqman prosessoru AnTuTu-da diqqət çəkən nəticələr sərgiləməyib. Belə ki, bu flaqman prosessor AnTuTu-da ümumilikdə 1 855 824 xal toplayıb.

 

Məsələ burasındadır ki, prosessor aşağı tezlikdə (2.4 GHz) çalışıb. Bunun nə ilə bağlı olduğu məlum deyil. Ola bilsin ki, prosessorun mühəndislik versiyası yüksək temperatura kimi qızdığı üçün onun performansı süni şəkildə aşağı salınıb. Son məlumatlara əsasən Snapdragon 8 Gen 4-ün final versiyası Snapdragon 8 Gen 3 ilə yanaşı Apple A17 Pro prosessorunu da geridə qoya biləcək. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 4-ün təqdimatı oktyabr ayında baş tutacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox