“HUAWEI Watch Fit 3”: Biləyinizdə innovasiya - ümumi baxış və xüsusiyyətlər
Dünyada smart saatlar arasında “HUAWEI Watch Fit 3” funksionallığına və qiymətinə görə daha uyğun qurğu kimi fərqlənir. Bu icmal sözügedən saatın fəal həyat tərzi keçirən və öz sağlamlığına qayğı göstərənlər üçün hansı xüsusiyyətlərinə görə əvəzolunmaz ağıllı dosta çevrilməsinin səbəblərini açıqlayacaq.
Displeyin qalınlığı cəmi 9,9 millimetr təşkil edir, korpusu isə 36 millimetr x 43 millimetr ölçüsündədir. Çərçivə yüngül metaldan hazırlanıb. Smart saatın korpusunun çəkisi kəmərsiz halda cəmi 26 qram, kəmərlə birgə isə 34 qramdır.
“HUAWEI Watch Fit 3”ün dizaynı insanı ilk baxışdan heyran edir. Zərif düzbucaqlı gövdəsi və böyük ekranı ilə yüngüllük və müasir estetika təəssüratını yaradır. 1,82 düymlük yüksək ekran keyfiyyətli AMOLED displey (480 x 408 piksel) ideal görüntünü (maksimal parlaqlıq 1500 nit) təmin edir ki, bu da, hətta parlaq günəş süaları altında məlumatları rahat şəkildə oxumağınıza imkan yaradır. Ekranın yenilənmə tezliyi 60 Hz-dir, displeyin korpusa nisbəti isə 77 faiz təşkil edir.
“HUAWEI Watch Fit 3”ün əsas xüsusiyyətlərindən biri onun uzunmüddətli şəbəkədənkənar işləmə rejimidir. 400 mA/s tutumlu batareya 10 günə qədər 1 tam şarjdan işləməni təmin edir ki, bu da daim şarj haqqında düşünmək istəməyən fəal istifadəçilər üçün idealdır. Sürətli şarj dəstəyi sayəsində, USB portuna cəmi 10 dəqiqəlik qoşulma iş müddətini mühüm dərəcədə artırmaq üçün kifayətdir.
Altı fərqli çeşiddə - qara, çəhrayı, yaşıl, boz və iki fərqli ağ qayış ilə təqdim edilən “HUAWEI Watch Fit 3” çox sayda geyimlərlə uyğunlaşaraq istənilən zövq sahibini məmnun edir. Belə ki, tətbiq edilən innovativ konstruksiya kəmərləri asanlıqla dəyişməyə və geyim üslubuna uyğun istifadə etməyə imkan yaradır. Cihaz üçün üç qayış növü mövcuddur: flüorelastomer, neylon, dəri.
“HUAWEI Watch Fit 3” “Bluetooth 5.2”, “2.4 GHz Wi-Fi” diapazonunda və GPS-i, hətta bütün adi mövqe müəyyən etmə sistemlərini dəstəkləyir. Sensorlara gəldikdə bu cihaz akselerometr, ağırlıq qüvvəsi sensoru, maqnitometr, xarici işıqlandırma sensoru (ekranın parlaqlığını avtomatik tənzimləmək üçün) və ürək ritmi sensoru ilə təchiz edilib.
“HUAWEI Watch Fit 3”ü üzərkən belə istifadə etmək mümkündür. Ağıllı saat suda kifayət qədər yüksək təzyiqə davam gətirir. Həmçinin o -10-dan +45 dərəcə selsiyə qədər temperaturda istifadə edilə bilər.
Əlavə texniki xüsusiyyətləri haqqında məlumat əldə etmək və digər funksiyaların ətraflı siyahısına baxmaq üçün məhsulun rəsmi səhifəsinə daxil olmaq olar.
“HUAWEI Watch Fit 3” əla düşünülmüş bir cihazdır və hər bir lazımi xüsusiyyətə malikdir. Smart saatın bütün bu xüsusiyyətləri, onu öz sağlamlığını düşünən hər bir insan üçün əvəzolunmaz ağıllı “dost”a çevirir.
Texnologiya bölməsindən digər xəbərlər
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Xiaomi 18 Pro Max Ekranı və Kamera Təfərrüatları Açıqlandı
iPhone 18 Pro-da Dinamik Ada Kiçilməyə Bilər
WhatsApp Uşaqlar üçün Təhlükəsiz Hesablar Təqdim Edir
Xbox Rejimi Bütün Windows 11 kompüterlərinə Gəlir!
Növbəti Nəsil Xbox Alpha Versiyası 2027-ci ildə Hazır Olacaq
iOS 26.4 Beta 4-də Bütün Yeni Xüsusiyyətlər
iPhone Fold-u Unut: iPhone Ultra Gəlir!
Intel Core Series 2 Prosessorları Təqdim Edildi
Galaxy M17e iPhone 17e ilə rəqabət aparacaqmı?
iPhone Hacking Aləti Rus və Çin hakerlərinin əlinə keçdi!
Rodecaster Video Core ilə Canlı Yayımı Sadələşdirin!
DJI Osmo Pocket 4-ün Xüsusiyyətləri Necə Olacaq?
Həftənin ən çox oxunanları
Nintendo Tramp Administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı!
Məşhur Xiaomi Modeli üçün Yolun Sonu!
Xbox-da Böhran: Eksklüziv Oyunlar Geri Dönürmü?
Huawei Pura 90 Təqdim Edildi
Google Tərcümə Səyahətçilər üçün İşləri Daha Asanlaşdırır
Oppo Find N6 Hamar Ekranla Təqdim Edildi
WhatsApp Premium ilə Fərdiləşdirmə Dövrü Başlayır!
Oppo Üç Yeni Model Üçün ColorOS 16 Yeniləməsini Elan Edir!
MacBook Neo 2 iPad kimi olacaq!
EA Sports Oyuna Əsl Futbolu Dərhal Gətirir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

