“Kapital Bank”ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb
Xəbər verdiyimiz kimi, ölkənin birinci bankı “Kapital Bank”ın dəstəyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 10 və 11-ci sinif şagirdlərini, eləcə də onların müəllimlərini əhatə edən “My Technology” müsabiqəsinə start verilmişdi.
Məktəblilər arasında sahibkarlıq düşüncəsinə malik olan şagirdləri müəyyənləşdirməyi hədəfləyən müsabiqəyə, ümumilikdə, 140 layihə ilə müraciət edilib. Onlardan perspektivli 30 layihə final mərhələsi hesab olunan sərgidə iştirak etmək şansı qazanıb. Komandalar öz ideyalarını münsiflər heyətinə təqdim etməklə qalib adı uğrunda mübarizə aparıblar. Münsiflər heyəti tərəfindən qiymətləndirilən startap layihələr arasından ən yaxşı 5 layihə qalib seçilib.
Naxçıvan Muxtar Respublikasını təmsil edən “GreenExchange” komandası 5-ci, Quba-Xaçmaz regionundan olan “Trinity Panel” komandası 4-cü, Abşeron-Xızı regionundan müsabiqəyə qatılan “SpecDeaf” komandası 3-cü, “CO2toD Project” komandası isə 2-ci yerə layiq görülüb. Müsabiqənin qalibi adını Quba-Xaçmaz regionunu təmsil edən “The Right Way” komandası qazanıb. Qalib gələn komandalar “Kapital Bank” və BMU tərəfindən sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. 10 və 11-ci sinif şagirdlərinin, həmçinin onlara mentorluq edən müəllimlərin iştirak etdiyi müsabiqə innovasiya ekosisteminin formalaşması və inkişafına töhfə vermək məqsədilə həyata keçirilib.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — kbl.az/prgtk , Birbank kartı sifarişi üçün —kbl.az/prcrc .
TED + bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










