Bu il pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32 milyard manatlıq məhsul satılıb
Cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,3 milyard manatlıq, o cümlədən 17,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən TED.az-a bildirilib ki, 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,3 faiz artıb. 2024-cü ilin yanvar-iyul aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,4 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,2 faiz, fərdi sahibkarlar üzrə 0,2 faiz, bazar və yarmarkalarda 2,1 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 452,2 manatlıq, o cümlədən 249,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 202,7 manatlıq qeyri-ərzaq malları alıb.
TED + bölməsindən digər xəbərlər
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Həftənin ən çox oxunanları
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










