Məhkəmələrə elektron qaydada müraciət etmək imkanı genişləndirilib

Azərbaycan Respublikası Ali Məhkəməsinin təşəbbüsü ilə “Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində məhkəmələrə elektron qaydada müraciət etmək imkanı daha da genişləndirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən TED.az-a bildirilib ki, “Elektron kabinet” istifadəçisi olan fiziki və hüquqi şəxslər, o cümlədən dövlət orqanları “Elektron kabinet” vasitəsilə apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi qismində baxdığı inzibati mübahisələr üzrə iddia ərizələrini elektron qaydada məhkəmələrə göndərə biləcək. Eyni zamanda, iş üzrə prosesin gedişi, çıxarılan məhkəmə aktları, onlardan verilən şikayət barədə operativ məlumat əldə edəcəklər.
İstifadəçilər məhkəmələrə bu tip iddia ərizələri vermək üçün ilk növbədə “Elektron kabinet”ə daxil olmalı, oradan “Yeni ərizə” bölməsinə keçid edərək müvafiq apellyasiya instansiya məhkəməsini seçməli, iddia üzrə zəruri məlumatların daxil edilməsini ardıcıl şəkildə təmin etməli və elektron imza ilə təsdiqləməlidirlər.
Apelyasiya məhkəməsinin birinci instansiya məhkəməsi qismində baxdığı seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr, media ilə bağlı mübahisələr, siyasi partiyalarla bağlı mübahisələr, Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair mübahisələr və digər bu tip işlər üzrə icraatın elektron qaydada aparılması məhkəmələrdə rəqəmsallaşma prosesinin sürətləndirilməsinə xidmət edəcək.
TED + bölməsindən digər xəbərlər
AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

