AZ

İRİA-nın sədr müavini: Rəqəmsal Hökumət istiqamətində hədəfimiz vətəndaşdan və biznesdən 85 faiz məmnuniyyət əldə etməkdir

 

ea58d1d0623eed21216128435cd30bfc.jpg
04.09.2024 10:57

“Rəqəmsal Hökumət istiqamətində hədəfimiz vətəndaşdan və biznesdən 85 faiz məmnuniyyət əldə etməkdir”.

 

TED.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev “Kağızsız Hökumət: Rəqəmsallaşma və ətraf mühitə təsiri” adlı beynəlxalq tədbirdə deyib.

 

“Bizim rəqəmsal inkişaf sahəsində artıq strategiyamız formalaşıb. İlk növbədə, bu strategiyanın hazırlanmasında beynəlxalq təcrübəni öyrəndik, bunun üçün Estoniya, Sinqapur, Koreya və digər ölkələrin təcrübəsi, həmçinin Dünya Bankının bu istiqamətdə fəaliyyəti ilə yaxından tanış olub, əməkdaşlıq etdik.

 

Bizim üçün əməkdaşlıq olduqca vacib komponentdir. Azərbaycanda rəqəmsallaşma istiqamətində Rəqəmsal İnkişaf Konsepsiyası hazırlanıb. Bu Konsepsiya artıq təsdiq üçün Hökumətə göndərilib.

 

Strategiyanın fəaliyyəti üç əsas komponentdən ibarətdir: Dövlətin rəqəmsallaşması, cəmiyyətin rəqəmsallaşması, biznesin rəqəmsallaşması. Sonuncu komponent iqtisadi dəyərin yaradılması üçündür.

 

Bunlar üçün ilk növbədə infrastrukturun gücləndirilməsi həyata keçirilir – “Onlayn Azərbaycan” layihəsi artıq yekunlaşmaq üzrədir. Həmçinin Qanunvericiliyin təkmilləşdirilməsini qeyd etmək lazımdır. Belə ki, Rəqəmsal Məcəllə artıq hazırlanıb. Eləcə də İRİA tərəfindən Azərbaycanda insan kapitalının inkişafı üçün fəaliyyət davam etdirilir, irihəcmli layihələr icra olunmaqdadır”, - deyə Şahin Əliyev vurğulayıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox