AZ

Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Koreyanın Atom Enerjisi İnstitutunun nümayəndəsi ilə görüşüb

8013fd0652881d548080227c154c6cb8.jpg
02.10.2019 11:40

Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-nin sədri, akademik Adil Qəribov Özbəkistan Elmlər Akademiyasının Prezidenti, akademik Bexzod Sadıkoviç Yuldaşevin dəvəti əsasında Daşkənd şəhərinə Beynəlxalq konfransda iştirak edib.

 

TED.az xəbər verir ki, Adil Qəribov “Nüvə fizikasının və nüvə texnologiyalarının müasir problemləri” mövzusunda təşkil edilmiş 9-cu Beynəlxalq konfransın Beynəlxalq Təşkilat Komitəsinin üzvü və plenar iclasın sədri olmuş və konfransda iki plenar elmi məruzə edib.

 

 

Məruzələr Kiçik Modul Reaktorlarının enerjisinin effektiv istifadə yolları və Nano-silisium-polipropilen sistemində epitermal neytronların enerji ötürmə prosessləri mövzularının əhatə edib.

 

Konfrans zamanı Özbəkistan Elmlər Akademiyasının prezidenti və Özbəkistan Nüvə Fizikası institutunun direktoru, akademik B.S.Yuldaşevlə birgə əməkdaşlıq haqqında danışıqlar aparılıb.

 

Bundan başqa, Cənubi Koreyanın Atom Enerjisi İnstitutu, Belçika Nüvə Tibbi Mərkəzi və digər qurum nümayəndələri ilə işgüzar görüşlər keçirilib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox