Prezident İlham Əliyev “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”ni təsdiq edib
Prezident İlham Əliyev “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanunu imzalayıb.
TED.az xəbər verir ki, sənədə əsasən, 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi” təsdiq edilib.
Qeyd edək ki, rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında rəqəmsal iqtisadiyyat və elektron ticarət sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə imzalanmış beynəlxalq sənəddir.
Saziş 6 noyabr 2024-cü il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən TDT-nin 11-ci Zirvə Görüşündə imzalanıb. Sənədin tərəfləri TDT-nin bütün üzv dövlətləridir - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan hökumətləri.
Sazişin məqsədi üzv ölkələr arasında rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək, elektron ticarət və rəqəmsal xidmətləri asanlaşdırmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək və biznes mühiti üçün daha əlverişli şərait yaratmaqdır. Ümumilikdə saziş türk dünyasında rəqəmsal inteqrasiyanı artırmaq və texnoloji əməkdaşlığı genişləndirmək üçün strateji bir addımdır.
Saziş çərçivəsində tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq etməyi öhdəsinə götürürlər:
Elektron ticarətin inkişafı - Üzv dövlətlər arasında rəqəmsal ticarətin genişləndirilməsi, elektron bazarların yaradılması və e-ticaret sahəsində tənzimləyici çərçivənin uyğunlaşdırılması;
Gömrük və logistika - Sərhədlərarası ticarət proseslərinin sürətləndirilməsi, ekspres yük daşımalarının asanlaşdınıması və rəqəmsal ticarət üçün gömrük prosedurlarının optimallaşdırılması;
Maliyyə texnologiyaları və rəqəmsal ödənişlər - FinTech sahəsində əməkdaşlıq, elektron ödəniş sistemlərinin inteqrasiyası və yeni rəqəmsal maliyyə xidmətlərinin inkişaf etdirilməsi;
Kiçik və orta biznesin dəstəklənməsi - KOB-ların rəqəmsal bazara çıxışını asanlaşdırmaq, onların onlayn ticarət imkanlarını genişləndirmək və bizneslərin rəqəmsallaşmasını sürətləndirmək;
İstehlakçı hüquqlarının qorunması - Elektron ticarət sahəsində istehlakçıların hüquqlanını müdafiə etmək, fırıldaqçılığın və yalançı reklamlaın qarşısını almaq, istehlakçı məlumatlannın qorunmasını təmin etmək;
Kibertəhlükəsizlik və məlumat mübadiləsi - Rəqəmsal infrastrukturun təhlükəsizliyini artırmaq, kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək və məlumatlann qorunması üçün ortaq standartlar müəyyənləşdirmək;
Elektron imzalar və hüquqi uyğunlaşma - Rəqəmsal sənədlərin və elektron imzaların üzv dövlətlər arasında qarşılıqlı tanınmasını təmin etmək və hüquqi bazanı uyğunlaşdırmaq.
TED + bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










