AZ

"ChatGPT" ən çox yüklənən tətbiq oldu

 

ec8ff13bff84ab266d6b62895fa3b442.jpg
15.04.2025 17:57

2025-ci ilin martında "ChatGPT" süni intellekt çatbotu ilk dəfə "TikTok" və "Instagram"ı ötərək dünyada ən çox yüklənən tətbiq olub.

 

TED.az "Appfigures"a istinadla xəbər verir ki, tətbiq bir ay ərzində 46 milyon dəfə yüklənib, bu da fevral ayı ilə müqayisədə 28 faiz çoxdur.

 

Ümumdünya reytinqində "Instagram" ikinci, "TikTok" isə üçüncü yerə düşüb. İstifadəçilər ümumilikdə 339 milyon tətbiq yükləyiblər, bu da fevral ayı ilə müqayisədə 40 milyon daha çoxdur.

Dünya bölməsindən digər xəbərlər

Daha çox