AZ

Uşaqların I sinfə qəbulu prosesi başlayır

 

dd82a0a3dde7778c55b530e1396bfa76.jpg
28.04.2025 10:00

Mayın 1-də 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

 

Bu barədə TED.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

 

Bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox