İşçilərin istehsalatda bədbəxt hadisələrdən icbari sığortası elektron formada da aparılacaq - NAZİRLİK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb.
TED.az xəbər verir ki, hazırda yeni fondun fəaliyyətə başlaması üçün təşkilati işlər aparılır.
Ölkədə əməyin mühafizəsi üzrə kadr potensialının artırılması, iqtisadiyyatın müxtəlif sahələrində əməyin təhlükəsizliyi üzrə mütəxəssislərin hazırlanması kimi mühüm istiqamətdə də fondun vəsaitindən istifadə olunacaq.
Sözügedən vəsait əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasına, əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işlərinə, bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına yönəldiləcək.
Müvafiq sahədə müasir tələblərə cavab verən və əməyin mühafizəsi üzrə fəaliyyət sferasında tətbiqi zəruri olan texnoloji qurğuların, cihazların, avadanlıqların və s. alınmasında yeni yaradılan fond dəstək göstərəcək.
İstehsalatda bədbəxt hadisələrin icbari sığortası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” altsistemi üzərindən həyata keçiriləcək. Bu məqsədlə ölkədəki icbari sığorta informasiya sistemi ilə “Əmək müqaviləsi bildirişləri” altsistemi inteqrasiya olunaraq “Əmək müqaviləsi bildirişləri” altsistemində işəgötürənlərə işçiləri istehsalatda bədbəxt hadisələrdən icbari sığorta edilməsi üçün elektron imkanlar yaradılacaq.
Bu istiqamətdə proqram təminatı işləri artıq tamamlanıb. Yaxın vaxtlarda işəgötürənlər “Əmək müqaviləsi bildirişləri” altsistemində əmək müqavilələrini qeydiyyata alarkən, paralel olaraq işçilərini istehsalatda bədbəxt hadisələrdən elektron formada icbari sığorta edə biləcəklər.
e-Azərbaycan bölməsindən digər xəbərlər
AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

