ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb

Bu ilin I rübündə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) bərə gəmiləri ilə daşınmış 5 882 sərnişinin 670-i bileti elektron sistem vasitəsilə alıb.
TED.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ən çox elektron bilet sifarişi Ələt–Kurık marşrutu üzrə qeydə alınıb – 517 bilet. Digər istiqamətlər üzrə 87 bilet Kurık–Ələt, 57 bilet Ələt–Türkmənbaşı, 9 bilet isə Türkmənbaşı–Ələt istiqamətində rəsmiləşdirilib.
ASCO-nun elektron bilet sifarişi sistemi 2016-cı ildən Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması, eləcə də yük və sərnişin daşımalarında sənədləşmə prosesinin sadələşdirilməsi və operativliyin təmin edilməsi məqsədilə fəaliyyət göstərir.
Sərnişinlər və yük daşıyıcıları public.acsc.az/online/payment/index/az/ internet ünvanına daxil olaraq onlayn bilet sifariş edə bilirlər. Sistemə daxil olduqdan sonra istifadəçilər yükün növü, yüklənmə və gediş limanları, nəqliyyat vasitəsi və ödənişçi barədə məlumatları təqdim edir və sistem avtomatik biletlərin dəyərini hesablayır.
Xatırladaq ki, hazırkı karantin rejimi ilə əlaqədar olaraq, Azərbaycan vətəndaşlarının bərə ilə ölkəni tərk etməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi tələb olunur. Xarici ölkə vətəndaşlarının ölkədən çıxarkən bu icazəni təqdim etməsinə ehtiyac yoxdur. Lakin Azərbaycana bərə ilə daxil olmaq istəyən həm Azərbaycan, həm də xarici vətəndaşlar həmin icazəni əldə etməlidirlər.
TED + bölməsindən digər xəbərlər
Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb

