AZ

Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları müasir cihaz və avadanlıqlarla təchiz olunub – AÇIQLAMA

a049281330b5dad032c67543b68947ad.jpeg
29.10.2019 16:15

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyaları müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunub.

 

Bu barədə TED.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, bu avadanlıqlar qida məhsullarının, baytarlıq preparatlarının, aqrokimyəvi maddələrin, qida əlavələrinin və qablaşdırılma materiallarının qısa zamanda müayinəsini həyata keçirməyə imkan verir: “Eyni zamanda qida məhsullarında aqrokimyəvi maddələr, preparatlar, vaksinlər və pestisidlərin qalıq miqdarının sınaqları beynəlxalq tələblərə uyğun həssaslıq və dəqiqliklə həyata keçirilir”.

 

Qeyd olunub ki, laboratoriyada qida məhsullarının mikrobioloji və molekulyar bioloji göstəriciləri ən yeni texnologiya olan Real Zamanlı Polimeraza Zəncirvari Reaksiya cihazında yoxlanılır.

 

“Bütün bunlar əhalinin sağlamlığının qorunması, yalnız keyfiyyətli və təhlükəsiz qida məhsullarının idxal edilməsi, eləcə də ölkədə istehsal olunan məhsulların ixrac potensialının yüksəlməsinə imkan verir”,deyə məlumatda bildirilib.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox